Konsaltinq (məsləhət vermə) — öz biznesinin inkişafı ilə maraqlanan korporativ
müştərilərə göstərilən xidmət növüdür. Nəticə etibarilə konsaltinq şirkəti (konsultant) müəyyən
müddətdə müştərisinin gəlirini həmin gəlirdən müəyyən % əldə etməklə artırmağa dair öhdəlik
götürür. Bunun üçün bir qayda olaraq, konsultanta, müştəri-şirkətin rəhbərliyinə mütəxəssis-
konsultant kimi daxil edilmək və strateji qərarlar vermək kimi geniş səlahiyyətləri verilir.