Sizin Biznes
TƏRƏFDAŞINIZ

Biz, Azərbaycanda maliyyə, vergi, əmək və hüquq sahəsində peşəkar konsaltinq xidmətləri təklif edirik!                          

Pulsuz Məsləhət

Formanı doldurun, əməkdaşlarımız Sizinlə əlaqə saxlayacaq

Xidmətlər

Mühasibat uçotu üzrə məsləhətlər.

Mühasibat uçotunun dəqiq, düzgün və səffaf qurulması böyüklüyündən asılı olmayaraq bütün biznes sahələri üçün vacibdir. Belə ki, mühasibat uçotu istənilən biznesin təməlidir. Təcrübəli
əməkdaşlarımız biznesinizin təməlini möhkəmlətməkdə Sizə köməklik göstərməyə hazırdılar.

Vergi uçotu üzrə məsləhətlər.

Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olsa da, xüsusi yanaşma tələb edir. Belə ki, uçot zamanı xərc maddələrinə və sənədlərinə düzgün yanaşma olmadığı təqdirdə vergi məcəlləsinin tələblərindən artıq vergi hesablamaları yaranır;
Yüksək ixtisaslı mütəxəssislərimiz xərclərin sənədləşməsi sisteminin vergi  məcəlləsinin tələblərinə uyğun qurulmasında öz biliklərini Sizinlə bölüşməyə hazırdılar:
  • Vergi uçotunun kompleks aparılması;
  • Vergi münaqişələrinin, haqlı olduğu təqdirdə sahibkarın xeyrinə həll edilməsi;
  • Vergi yoxlamalarında iştirak edilməsi və müəssisənin mənafeyinin qorunması;
  • Gəlir və xərc sənədləri hazırlanması və uçotunun aparılması;
  • Vergi planlaşdırması və məsələləri üzrə konktret məsləhətlərin verilməsi.

Kadr uçotu üzrə məsləhətlər.

Kadr siyasətinin və uçotunun olmaması müəssisənin inkişafını ləngitməklə yanaşı, qanunla cərimələrə və itkilərə gətirib çıxarır. Bu sahədə də mütəxəssislərimiz Sizin yanınızdadırlar.

Gömrük məsələləri üzrə kompleks məsləhətlər.

Xarici firmalarla idxal və ya ixrac üzrə müqavilələr hazırlanmamışdan əvvəl bütün gömrük məsələləri dəqiqləşdirilməlidir. Biz Sizə, zamanında və dolğun xidmət təklif edirik:
  • Yük gömrük bəyannamələrinin hazırlanması;
  • İdxal və ixrac zamanı malların gömrük rəsmiləşdirilməsi;
  • Uyğunluq sertifikatlarının alınması;
  • Xarici firmalardan mal alınması üçün müqavilələrin hazırlanması;
  • Sahibkarın əvəzindən etibarnamə ilə malların gömrük ərazisindən çıxarılması və tələb
  • olunan yerə çatdırılması;
  • Malların mənşə ölkəsinə və növünə uyğun olaraq tətbiq edilən vergi və rüsumlarınqabaqcadan dəqiqləşdirilməsi və sahibkara məlumat verilməsi.

Hüquqi işlər üzrə məsləhətlər.

Müəssisənin fəaliyyətinə və mənafeyinə aid bütün hüquqi aktların ayrı-ayrı müddəalarının tətbiqi məsələlərinə dair səciyyəvi məsləhətlər verilməsi:
  • Yeni firma və ya filialın qeydiyyatı, hüquqi ünvanın tapılması, müvəqqəti direktorun təyinedilməsi, tələb olunan lisenziyaların alınması;
  • Firmaların ləğv edilməsi.

Qiymətləndirmə

İstənilən növ daşınmaz və daşınar əmlakın, nəqliyyat vasitələrinin, biznesin və digər mülkiyyət növlərinin Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti” haqqında Qanununa, digər qanunvericilik aktlarına əsaslanaraq beynəlxalq qiymətləndirmə standartlarına və prinsiplərinə uyğun şəkildə müxtəlif metodlarla qiymətləndirilməsi və biznes planlarının hazırlanması üzrə xidmətlərini təklif edir. Xüsusi lisenziyalı peşəkar mütəxəssislər, təcrübəli eskpert-qiymətləndiricilər tərəfindən operativ olaraq yüksək səviyyədə göstərilən xidmətlər hüquqi və fiziki şəxslərin müraciətləri əsasında rəsmi qaydada həyata keçirilir. Şirkət peşə məsuliyyətinin sığorta şəhadətnaməsinə sahibdir və 7 nəfər işçidən ibarətdir.

Tərəfdaşlar

Ünvan

Babək prospekti 28D

İş saatı

10:00  – 18.00
Bazar Ertəsi – Cümə